ÖN SÖZ
Bu saytda izah edilənlər bu günə qədər bir çox insanı həddindən artıq təəccübləndirən, həyata baxışının tamamilə dəyişməsinə səbəb olan çox əhəmiyyətli və böyük həqiqətdir. Bu həqiqəti belə tərif edə bilərik: "Dünyada yaşadığımız həyatın bir hissəsi olan bütün hadisələr, insanlar, binalar, şəhərlər, avtomobillər, qısaca desək, həyatımız boyu gördüyümüz, tutduğumuz, toxunduğumuz, qoxuladığımız, daddığımız, dinlədiyimiz heç bir şeyin əsli ilə təmasda olmuruq. Biz sadəcə beynimizdə əmələ gələn görüntü və hisslərlə təmasda oluruq".
Xarici aləmdə maddə var, ancaq bizim bu maddənin əslini bilməyimiz heç vaxt mümkün deyil. Bizə verilən təlqinlə onların beynimizdən kənardakı dünyada sabit olduqlarını və bizim bu səbəbdən onların əslini gördüyümüzü, hiss etdiyimizi zənn edirik. Əslində isə biz heç bir varlığın əslini əsla görə bilmərik və bu varlıqların əslinə əsla toxuna bilmərik. Qısaca desək, biz həyatımız boyunca xarici aləmdəki maddə ilə təmasda olduğumuzu hesab etsək də, əslində hər şeyin xəyalını və surətini tanıyırıq.
Bu kitabın mövzusunu əmələ gətirən həqiqət fəlsəfə və ya hər hansı bir fikir deyil. Əksinə, bu gün müasir elmin qəti surətdə sübut etdiyi və inkarı qətiyyən mümkün olmayan texniki həqiqətdir. Bu gün tibb, biologiya, fizika, nevrologiya, beyin və bununla bağlı digər bütün sahələrdə mütəxəssis olan hər hansı elm adamına "biz dünyanı necə və harada görürük?" deyə sualı verilsə, verdikləri tək cavab var: bütün dünyanı beynimizdəki görmə mərkəzində görürük.
XXI əsrdə elmin qəti şəkildə aşkar etdiyi, insanda böyük təəccüb və heyrət yaradan bu məlumatın bizi gətirdiyi ən əhəmiyyətli nəticələrdən biri isə bu iki sualın cavabıdır:
"Bütün həyatımız boyu beynimizdə meydana gələn görüntülərlə təmasda olduğumuza görə, bu görüntüləri beynimizdə əmələ gətirən kimdir? Beynimizdə əmələ gələn bu görüntüləri beynimizin içində gözü olmadan seyr edən və seyr etdiklərindən həzz alan, həyəcanlanan kimdir?"
Bu kitabda bu çox vacib iki sualın da cavabını tapacaqsınız.