HƏQİQƏTDƏN QAÇMAQ OLMAZ

İnsanların fikirlərini kökündən dəyişdirən, insanları Allaha qəti iman etdirən, Quranda bəhs edilən bütün gözəl əxlaq xüsusiyyətlərinin sevərək və istəyərək yaşanmasını təmin edən, insanlardakı həvəs, rəqabət, kin, düşmənçilik, paxıllıq hisslərini aradan qaldıraraq sevgi, mərhəmət, şəfqət, təvazökarlığı hakim edən bu qeyri-adi vacib həqiqəti, yəni maddənin xəyal olması həqiqətini öyrənən və anlayan insanların sayı sürətlə artır. "Bu qədər açıq həqiqəti necə olub ki, bu günə qədər anlamamışam", -deyən insanlar çoxluq təşkil edir.

İnsanların qədər, zaman, ölüm, dirilmə, cənnət, cəhənnəm kimi mövzuları qəti şəkildə başa düşmələrini təmin edən bu böyük sirri qavrayan hər insanın digərlərini də bu mühüm məlumatdan xəbərdar etməsi çox vacibdir. Bunu edən insan bu sayədə həm insanların Quranı daha yaxşı və asan anlamalarını təmin edəcək, həm də insanların sürətlə hidayətlərinə səbəb olacaqdır.

Allah Ona gizli və açıq şəkildə şirk qoşulmadıqda, yalnız Ona ibadət edildikdə, tək İlah və tək güc kimi Allah qəbul edildikdə Quran əxlaqını dünyaya hakim edəcəyini müjdələyir:

Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir! (Nur surəsi, 55)

Quran əxlaqının dünyaya hakim olması üçün ən mühüm məsələ olan şirkdən, yəni Allahdan başqa güclərin olduğuna inanmaqdan çəkinmək lazımdır. Allahdan başqa maddənin mütləq olduğunu iddia etmək, Allahın maddəni ancaq xəyal kimi əhatə edəcəyini düşünmək, Allahı ağıl kimi mücərrəd varlıq kimi görmək, Allahdan başqa gücdən qorxmaq, insanın istədikdə qədərini dəyişdirə biləcəyini düşünmək (hamısından Allahı tənzih edirik), zamanı, məkanı mütləq zənn etmək kim şirk olan inanclardan qurtulmaq üçün bu kitabda izah edilən mövzular yaxşı başa düşülməlidir. Bu səbəbdən: "Bu mövzunun nə əhəmiyyəti var? Nə üçün hər fürsətdə, hər kitabınızda bu mövzuya yer verirsiniz?" -deyənlər bu vacib həqiqəti yenidən düşünməlidirlər.

Tək mütləq varlıq Allahdır və Allah biz bu kitabı yazarkən də, oxuyarkən də, bu kitab haqqında düşünərkən də bizi seyr edir, görür, eşidir, gizlimizin gizlisini bilir. Allah bizi hər tərəfdən əhatə etmişdir. Gerçək mütləq varlıq olan Allahdır, ağıl kimi görünməyən və mücərrəd olan isə biz qullarıq. Bu həqiqət Allahı sevən və Allaha qul olduğunu dərk edən biri üçün böyük şərəf və gözəllikdir. Bu həqiqətdən müsəlmanların qaçması doğru olmaz. Müsəlmanlar haqq olanı könüldən qəbul etməli, görməməzliyə vurmağa çalışaraq Allah qatında alçalmamalıdırlar. Allah inanan qullarını Quranda belə xəbərdar edir:

Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin! (Bəqərə surəsi, 42)

Bunu da unutmaq olmaz ki, bu həqiqətin açıqlanması materializmin süqut etməsinə və bütün dünyada mənəviyyatın və gözəl əxlaqın hakim olmasına vəsilə olacaqdır. Bunu anlayan materialist kütlələr bu həqiqətin açıqlanmasından çox narahat olur, fəlsəfələrini kökündən məhv edəcəyini anladıqları bu həqiqətin insanlara açıqlanmasına mane olmaq üçün son dərəcə gülünc və çarəsizliklərini göstərən yollara əl atırlar. Ancaq bu gün maddənin həqiqəti mövzusu bütün açıqlığı ilə üzə çıxmışdır. Keçmişdə sadəcə bir fəlsəfə kimi qalan, elmi kəşflərin dəstəkləyə bilmədiyi bu həqiqət dövrümüzdə elm tərəfindən açıq şəkildə ortaya qoyulmuşdur. Frederick Vester bu həqiqəti qavramış biri kimi bu mövzuda belə deyir:

Bəzi mütəfəkkirlərin "insan xəyaldır, əslində bütün yaşananlar keçici və aldadıcıdır, bu kainat  kölgədir" kimi sözləri günümüzdə elmi cəhətdən sübut edilir.52

Materialistlərin səyləri artıq boş yerədir. Məlumatın böyük sürətlə bütün dünyaya qısa zamanda ötürülə bildiyi dövrümüzdə əsrlərdir gözdən qaçırmağa çalışdıqları bu böyük həqiqət bu gün Qayanadan İngiltərəyə, Amerikadan İndoneziyaya, Sinqapurdan İsveçə, materialistlərin  qalaları olan Rusiyadan Çinə, Kubadan Albaniyaya qədər hər yerdə oxunur, öyrənilir və izah edilir. Materializm böyük gurultu ilə süqut edir. Çünki bu gün başa düşülmüşdür ki, maddənin əsli ilə heç vaxt təmasda ola bilmərik. Maddə ilə təmasda ola bilmədiyimizə və ola bilməyəcəyimizə görə materializm də yoxdur.

Quranın bəzi ayələrində işarə edilən və bir çox mövzunun başa düşülməsini daha da asanlaşdıran bu vacib həqiqətin materializm kimi batil və din əleyhinə olan bir fəlsəfəni məhv etməsi çox mühüm irəliləyişdir. Quranda Allah belə bildirir:

Xeyr, Biz batili haqla rədd edərik  və o da onu  yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

Ayədə də xəbər verildiyi kimi, doğru olan batilin üstünə atıldıqda batil bir inanc olan materializmin beyni maddə də yox olub gedər. Hər hansı bir materialistin bu həqiqətin qarşısını almaq və ya dəyişdirmək imkanı da qətiyyən yoxdur.